Müharibə və 20 Yanvarla əlaqədar əlilliyi olan şəxslərə verilən Prezident təqaüdü artırılıb

Müharibə və 20 Yanvarla əlaqədar əlilliyi olan şəxslərə verilən Prezident təqaüdü artırılıb
# 31 dekabr 2020 14:44 (UTC +04:00)

Prezident İlham Əliyev “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” fərman imzalayıb.

APA-nın məlumatına görə, fərmana əsasən, “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” dərəcə əlilliyi olan şəxslərə – 250 manatdan 400 manata, I dərəcə əlilliyi olan şəxslərə 230 manatdan 350 manata, I dərəcə əlilliyi olan şəxslərə 210 manatdan 300 manata qaldırılıb.

Bu Fərman 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR