Nazir: “1 milyon 600 min kompüterin alınması Azərbaycan təhsilinin problemlərini həll etməyəcək”

Nazir: “1 milyon 600 min kompüterin alınması Azərbaycan təhsilinin problemlərini həll etməyəcək”
# 22 aprel 2021 18:09 (UTC +04:00)

“Təəssüf ki, bizdə bütün imtahanlardan sonra ən çox müzakirə olunan məsələ imtahanın çətinliyi və asanlığıdır. İmtahanlar həmişə ya çətin, ya asan olur”.

APA-nın məlumatına görə, bunu Təhsil İdarəçiliyi Beynəlxalq konfransında çıxış edən Təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, imtahanlarda hansı suallar verilirsə, hansı tip suallar soruşulursa, bu cavabların iqtisadiyyatımıza, ölkəmizin gələcəyinə hansı formada xidmət etməsini başa düşmürüksə, bu, yenə də kifayət qədər ciddi problemdir

Nazir bildirib ki, pandemiya dövründə ən çox müzakirə olunan məsələlərdən biri şagirdlərin kompüterlərlə təchizatı məsələsidir: "Başa düşürəm ki, kompüter olduqca vacibdir və rəqəmsallaşma Azərbaycan təhsilinin ən vacib prioritetlərindən biridir. Eyni zamanda, şagirdlərin, müəllimlərin daha çox rəqəmsal alətlərdən istifadəsi imtahanların rəqəmsallaşması, kompüter əsaslı imtahanların keçirilməsi və s. Təhsil Nazirliyinə və digər təhsil idarəedicilərinə daha çox məlumat ötürməyə, məlumatları düzgün toplamağa, sistemləşdirməyə, həmin məlumatlar əsasında daha yaxşı qərarlar qəbul etməyə imkan verir. Bu, məsələnin danılmaz həqiqət hissəsidir. Amma 1 milyon 600 min kompüteri qısa zaman ərzində şagirdlərə alıb paylamaq Azərbaycan təhsilinin problemlərini həll etməyəcək”.

E. Əmrullayev deyib ki, gömrük orqanlarından gələn məlumata görə, Azərbaycan bütün ölkə üzrə il ərzində təxminən 150 min kompüter alır: “Birdən-birə bundan 10 dəfə çox kompüterin alınıb uşaqlara paylanmasını texniki olaraq fikirləşmək lazımdır. Hər bir siyasətdə istənilən məsələ fürsət hədəfləridir. Bu o deməkdir ki, bir məsələni düzəldirsizsə, digər fürsəti qaçırırsız. Bu gün uşaqlara 1 milyon 600 min kompüter alırıqsa, demək, məktəbləri təmir etmək qalır. Bizim resurslarımız məhduddur, bunu başa düşmək lazımdır. Ölkə olaraq Azərbaycan həm koronavirus vaxtında, həm işğaldan azad olunan torpaqların bərpası baxımından kifayət qədər böyük xərclərlə üz-üzədir. Eyni zamanda, təhsil xərcləri də kifayət qədər böyükdür. Düzünü desəm, təhsilin keyfiyyətinə müsbət təsir edən tələblərlə çox da üz-üzə qalmırıq. 1 milyon 600 min kompüteri də alıb insanlara verdikdən sonra onların hansı məzmunla təchiz edilməsi çox vacib sualdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR