Nazir: "Azərbaycanda reabilitasiya xidmətləri ilə təmin edilənlərin sayı 28 minə çatacaq"

Nazir: "Azərbaycanda reabilitasiya xidmətləri ilə təmin edilənlərin sayı 28 minə çatacaq"
  • Clock-gray 15:30
  • calendar-gray 15 Sentyabr 2020

Şirvan şəhərində Reabilitasiya Mərkəzinin açılış mərasimi olub. 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Şirvan şəhərində Reabilitasiya Mərkəzini əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verib. Müəssisənin açılışında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov iştirak ediblər. Müəssisədə müasir tələblərə cavab verən avadanlıqlar quraşdırlıb. Mərkəz limfodrenaj, ozonoterapiya, maqnitoterapiya, hidroterapiya və digər yeni müasir tibbi-reabilitasiya aparatları və avadanlıqlarla da təchiz edilib.

Burada səmərəli fizioterapevtik üsullar, müalicəvi bədən tərbiyəsi, kolonoterapiya, ozonoterapiya, elektrofarez və digər prosedurlar tətbiq ediləcək. Şirvan Reabilitasiya Mərkəzi Şirvan və ətraf rayonlar üzrə il ərzində 500-ə yaxın əlilliyi olan şəxsə tibbi-sosial reabilitasiya xidmətləri göstərəcək. 

Nazir S.Babayev tədbirdə çıxış edərək Prezident İlham Əliyevin göstərişi ilə ölkəmizdə reabilitasiya infrastrukturunun müasirləşdirilməsi istiqamətində son illərdə görülən işləri qeyd edib. Bildirib ki, 2019-cu ildə Yevlax, Naftalan Reabilitasiya Mərkəzləri, Mərdəkan Reabilitasiya Pansionatı, Protez-Ortopedik İstehsalat Mərkəzi, bu ilin avqust ayında isə Lənkəran, Şəki və Xaçmaz Reabilitasiya Mərkəzləri əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Bu ilin sonunadək isə Sumqayıt Reabilitasiya Mərkəzi, Şağan Reabilitasiya Pansionatı əsaslı təmir və yenidənqurmadan sonra açılacaq. Həmçinin Qəbələ və Şəmkirdə inşa olunan Uşaq Reabilitasiya Mərkəzlərinin açılışının da bu iln sonuna təhvil verilməsi planlaşdırılır. Hazırda Nazirliyin 14 reabilitasiya müəssisəsi var ki, bu il əlavə iki uşaq reabilitasiya müəssisəsi yaradılmaqla bu say 16-ya çatacaq. Nəticədə ildə reabilitasiya xidmətləri ilə təmin edilənlərin illik sayı iki dəfə artaraq 28 minə çatacaq. Ümumilikdə, ölkəmizin bölgələrində reabilitasiya müəssisələri şəbəkəsi növbəti illərdə də əhəmiyyətli dərəcədə genişləndiriləcək. 

Əlibəy Zeynallı

Digər xəbərlər