Nazir müavini ƏƏSMN-in müalicə olunan qazi əməkdaşını ziyarət edib

Nazir müavini ƏƏSMN-in müalicə olunan qazi əməkdaşını ziyarət edib
# 16 dekabr 2020 16:06 (UTC +04:00)

Erməni faşizmi üzərində tarixi zəfərimizin qəhrəmanlarımızdan biri də Abbas Abdullayevdir. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun 18 saylı regional ərazi filialının əməkdaşıdır.

Nazirlikdən APA-ya verilən məlumata görə, 44 günlük Vətən müharibəsində şərəfli döyüş yolu keçən Abbas döyüşlərin birində yaralanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov müalicə olunan qazi əməkdaşı ziyarət edib. Nazir müavini qaziyə göstərdiyi şücaətlərinə görə təşəkkür edib, tezliklə sağalaraq ayağa durmağı, öz iş yerinə qayıtmağı, fəaliyyətinə davam etməyi arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR