Şahmar Mövsümov: “Azərbaycanda qısa müddətdə koronavirusa qarşı peyvəndləməyə başlanacağına inanırıq”

Şahmar Mövsümov: “Azərbaycanda qısa müddətdə koronavirusa qarşı peyvəndləməyə başlanacağına inanırıq”
# 08 dekabr 2020 15:38 (UTC +04:00)

“Peyvəndlər təhlükəsizdir, yüz illərdir ki, insanlar peyvəndlərdən istifadə edir”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Ş. Mövsümov deyib ki, ənənəvi peyvəndlərin hazırlanmasına vaxt lazımdır: “Ən təhlükəsiz, ənənəvi formada hazırlanmış peyvəndlərin qısa müddətdə əldə edilməsi və hamı üçün əlçatan olması gözlənilmirdi. Buna görə də yeni yanaşma əsasında peyvəndlərin hazırlanmasına üstünlük verildi və peyvəndlər hazırlanır. Ancaq bu peyvəndlərin yan təsirləri tam araşdırılmayıb. Amma inaktiv peyvəndlər bu gün çox az miqdarda hazırlanıb və biz də bu peyvəndlərdən istifadə edəcəyimizə inanırıq”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, Çində hazırlanan peyvənd inaktiv edilmiş, ən təhlükəsiz peyvəndlərdir: “Hazırda Britaniya və Türkiyədə bu proses başlayır. Azərbaycanda da qısa müddətdə bu peyvəndləməyə başlanacağına inanırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR