TƏBİB: Hazırda reanimasiyada 135 xəstə var, süni tənəffüs cihazına qoşulanların sayı isə 16-dır

TƏBİB: Hazırda reanimasiyada 135 xəstə var, süni tənəffüs cihazına qoşulanların sayı isə 16-dır
# 04 sentyabr 2020 19:32 (UTC +04:00)

Hazırda Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı 2 069-dur.

TƏBİB-dən APA-ya verilən məlumata görə, reanimasiyada olan xəstələrin sayı 135, süni tənəffüs cihazında olan xəstələrin sayı isə 16-dır.

Qeyd edək ki, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 132 yeni yoluxma faktı qeydə alınıb, 155 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 37 031 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 34 419 nəfər müalicə olunaraq sağalıb, 543 nəfər vəfat edib, aktiv xəstə sayı 2 069 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 048, ötən müddət ərzində isə ümumilikdə 949 313 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR