TN: Müəllimlərin işə qəbulu üçün 17 şəhər və rayonda 29 mərkəz müəyyən olunub

TN: Müəllimlərin işə qəbulu üçün 17 şəhər və rayonda 29 mərkəz müəyyən olunub
# 16 iyul 2020 14:25 (UTC +04:00)

Müəllimlərin işə qəbulu (MİQ) üçün 17 şəhər və rayonda 29 mərkəz müəyyən olunub.

APA-nın məlumatına görə, bunu Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib.

Onun sözlərinə görə, bu rəqəmlərin dəyişmə ehtimalı da var: "Çünki həmin rayonlarda nəqliyyat təchizatı, gediş-gəliş məsələləri ilə bağlı araşdırma aparılır. Bununla bağlı siyahı test imtahanına bir neçə gün qalmış hər bir namizədin şəxsi səhifəsinə göndəriləcək" .

TN-nin şöbə müdiri deyib ki, ötən illərdə imtahan mərkəzlərinin çoxu Bakıda idisə, indi bir mərkəzdə olmayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR