UNEC QS Regional reytinqində 30 pillə irəliləyib

UNEC QS Regional reytinqində 30 pillə irəliləyib
# 16 dekabr 2020 17:01 (UTC +04:00)

QS Reytinq Agentliyinin 2021-ci il üçün “QS İnkişaf Etməkdə olan Avropa və Mərkəzi Asiya” regionu üzrə reytinq cədvəlində Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) regionun 221-230 ən yaxşı universiteti arasında qərarlaşaraq, ötən ilki nəticə ilə müqayisədə 30 pillə yüksəlib.

Universitetdən APA-ya verilən xəbərə görə, ötən illə müqayisədə indikatorlar üzrə topladığı balları artıran UNEC builki nəticələrə görə bir pillə yüksəlib və Azərbaycanın ən reytinqli 2-ci universiteti olub. İxtisaslaşmış Azərbaycan universitetləri arasında isə UNEC birinci yerdədir.

Reytinq təşkilatında UNEC-in əldə etdiyi ən yaxşı nəticə “İşəgötürənlər reputasiyası” indiqatoru üzrə olub. Region universitetləri arasında 96-cı ən yaxşı nəticəni əldə edən UNEC Azərbaycan universitetləri arasında birinci yerdə qərarlaşıb.

“Akademik Reputasiya” indikatoru üzrə ötən illə müqayisədə 17 pillə irəliləyən UNEC regionda 136-cı, Azərbaycanda isə ikinci ən yaxşı nəticəni əldə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR