Üstündə mobil telefon aşkarlanan 2 nəfər qəbul imtahanından xaric olunub

Üstündə mobil telefon aşkarlanan 2 nəfər qəbul imtahanından xaric olunub
# 10 iyul 2020 16:04 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 10-da sərtləşdirilmiş karantin rejimi tətbiq olunmayan şəhər və rayonlarda qəbul imtahanları keçirilib.

DİM-dən APA-ya verilən məlumata görə, imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahana gələn iştirakçıların bədən hərarətləri normaya uyğun olub.

İlkin məlumatlara əsasən, 2 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR