Ədliyyə naziri: "İşində dönüş yaratmayan əməkdaşların penitensiar sistemdə yeri yoxdur"

Ədliyyə naziri: "İşində dönüş yaratmayan əməkdaşların penitensiar sistemdə yeri yoxdur"
# 23 may 2020 18:10 (UTC +04:00)

"Ölkə başçısının dürüstlük, şəffaflıq, ədalət, xalqa xidmət və qanunun aliliyi prinsiplərinin üstün tutulması barədə tələbləri hər bir əməkdaşın fəaliyyətində rəhbər tutulmalı, qanunçuluğa, etik davranış qaydalarına dönmədən əməl olunmalı, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, insanların müraciətlərinə hər zaman qayğı və həssaslıqla yanaşılması hər bir əməkdaşın ümdə vəzifəsidir".

APA-nın məlumatına görə, bunu Ədliyyə naziri Fikrət Məmmədov Penitensiar və Tibb xidmətlərinin rəhbərliyinin, cəzaçəkmə müəssisələri rəislərinin, habelə Nazirliyin digər aidiyyəti məsul işçilərinin iştirakı ilə videokonfrans formatında keçirilən əməliyyat müşavirəsində bildirib.

Nazir ədliyyə işçisinin adına və nüfuzuna xələl gətirən hərəkətlərin yolverilməzliyini, lazımi nəticə çıxarmayan və işində dönüş yaratmayan əməkdaşların penitensiar sistemdə yer olmadığı və qanun pozuntularına qarşı ən ciddi tədbirlərin görüləcəyi qeyd edib.

F.Məmmədov həmçinin, məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının daha etibarlı təmin olunmasını, rejim qaydalarına dürüst əməl edilməsini, tərbiyə işinin, nizam-intizamın, təhlükəsizlik və mühafizə tədbirlərinin gücləndirilməsini Penitensiar xidmət və tabe müəssisələrin rəhbərlərindən tələb edib.

Nazir həmçinin penitensiar və tibb xidmətlərinin işinin səmərəliliyinin artırılması, kadr işinin təkmilləşdirilməsi, əməkdaşların peşəkarlığının və məsuliyyət hissinin yüksəldilməsi, tabe qurumların fəaliyyətinə təsirli nəzarətin artırılması ilə bağlı konkret göstərişlər verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR