“Eltilerin Savaşı” türk komediyasının nümayişinə başlanılır

“Eltilerin Savaşı” türk komediyasının nümayişinə başlanılır
  • Clock-gray 13:28
  • calendar-gray 05 Fevral 2020

“CinemaPlus” kinoteatrlar şəbəkəsi çox gözlənilən “Eltilerin Savaşı” komediyasının nümayişinə başlayacaq.

APA-nın məlumatına görə, film fevralın 6-dan etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq.

Filmin rejissoru Onur Bilgetaydır.

Baş rollarda Gupse Özay, Merve Dizdar, Ferit Aktuğ və Uraz Kaygılaroğlu çəkiliblər. 

“Eltilerin savaşı” filmi iki qaynı arvadı olan Sultan və Gizem arasında olan şirin atışmalar və bitməyən rəqabət haqqındadır. Gizem və Sultan iki gənc qadındır. İkili arasında yaşanan balaca çəkişmələr bir müddət sonra şirin bir rəqabətə çevrilir. Bir-birlərinin etdiklərindən geri qalmaq istəməyən qadınlar özlərini əyləncəli bir müharibənin içinə salırlar. Qardaş olan Selim və Fatih də bir müddət sonra həyat yoldaşları arasında yaşanan bu rəqabətin iştirakçısına çevrilirlər. 

Mirmehdi Ağaoğlu

Digər xəbərlər

Arxiv

date