FİDE Dünya Kubokunda iştirakçıların sayını artırıb

FİDE Dünya Kubokunda iştirakçıların sayını artırıb
  • Clock-gray 11:36
  • calendar-gray 11 Sentyabr 2019

Şahmat üzrə Dünya Kubokunun iştirakçıların sayı artırılıb.

APA-nın məlumatına görə, bu barədə qərarı FİDE verib.

2021-ci ildən başlayaraq yarışda 206 şahmatçı mübarizə aparacaq. Hazırda bu rəqəm 128-ə bərabərdir.

Olimpiya sistemi ilə keçiriləcək yarışda mərhələlərin sayı da 7-dən 8-ə qədər artacaq. 156 şahmatçı ilk mərhələdə çıxış edəcək və 78 qalib ilk raunddan azad olan 50 iştirakçıya qoşulacaq.

Qeyd edək ki, hazırda Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Dünya Kuboku oktyabrın 4-də başa çatacaq. Yarışın mükafat fondu 1,6 milyon dollardır. Azərbaycan turnirdə 5 şahmatçı ilə təmsil olunub.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date