Maqnus Karlsen ardıcıl məğlubiyyətsiz oyunların sayında rekordu təkrarlayıb

Maqnus Karlsen ardıcıl məğlubiyyətsiz oyunların sayında rekordu təkrarlayıb
# 21 oktyabr 2019 11:11 (UTC +04:00)

Dünya çempionu Maqnus Karlsen şahmat tarixinin rekordunu təkrarlayıb.

APA-nın məlumatına görə, norveçli qrossmeyster klassik şahmatdakı məğlubiyyətsiz oyunlar seriyasını 100-ə çatdırıb.

Bu, Men adasında təşkil olunan beynəlxalq turnirin X turunda rəsmiləşib. Rusiyalı Maksim Matlakovla qarşılaşmada qələbə qazanan M.Karlsen seriyasını 100-ə çatdırıb.

Bunadək yalnız çinli Din Lijen ardıcıl 100 oyunda uduzmamışdı. O, 2017-ci il avqustun 10-dan 2018-ci il noyabrın 10-a qədər məğlubedilməz olub. Din Lijeni 101-ci görüşdə Maksim Vaşye-Laqrav məğlub edib.

M.Karlsenin son məğlubiyyəti isə 2018-ci il iyulun 31-də qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR