Azərbaycanda 110 mln. dollarlıq yeni kurort mərkəzi inşa olunacaq

Azərbaycanda 110 mln. dollarlıq yeni kurort mərkəzi inşa olunacaq
# 18 dekabr 2009 12:31 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın Xaçmaz rayonunun Nabran qəsəbəsində yeni turizm, idman və kurort mərkəzi inşa olunacaq.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, turizm və kurort mərkəzinin tikintisi layihəsinin məqsədi Xaçmazda müvafiq turizm xidmətlərinin göstərilməsidir. Belə ki, burada yaşıl meşələr, dağlar, bulaqlar və s. var: «Xəzər dənizinin Xaçmazda yerləşən hissəsinin çimərlik turizmin inkişaf etdirilməsi baxımından böyük potensialı var».

Layihə 15 ilə icra olunacaq. Ümumi dəyəri 110 mln. ABŞ dolları olan layihənin 109 mln. dolları kredit şəklində cəlb olunacaq, digər 1 mln. dolları isə layihənin icraçısı olan «Xudat-Balıq-I» ASC tərəfindən ayrılacaq.

Qeyd edək ki, layihə Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində hazırlanıb və hazırda potensial investorların müəyyənləşdirilməsi istiqamətində iş aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR