Mayın 9-da Xəzər dənizində gəzinti təşkil olunacaq

Mayın 9-da Xəzər dənizində gəzinti təşkil olunacaq
# 08 may 2010 08:01 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Dövlət Neft Şirkəti və «Millenium» Turizm Şirkəti ilə birgə mayın 9-da 1941-1945-ci illər müharibəsində qələbənin 65 illik yubileyi münasibətilə Xəzər dənizində gəzinti təşkil edəcək.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dəniz gəzintisi «General Əsədov» gəmisində baş tutacaq və MDB ölkələrindən, ölkəmizin veteranlarından, eləcə də veteran ailələrin nümayəndələrindən ibarət 200 nəfərlik heyət üçün 6 saatlıq gəzinti, ziyafət və canlı konsert proqramının keçirilməsi nəzərdə tutulur.
Tədbir ölkə prezidentinin «1941-1945-ci illər müharibəsində Qələbənin 65 illik yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi üzrə Milli Proqram»in icrasının təmin edilməsi məqsədilə həyata keçirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR