Gələn il Bakıda yeni beşulduzlu hotel istifadəyə veriləcək

Gələn il Bakıda yeni beşulduzlu hotel istifadəyə veriləcək
# 05 iyul 2010 10:31 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Gələn il ərzində Bakının Azadlıq prospektində inşa olunan («Azərbaycan» mehmanxanasının yerində) «Hilton Baku» hoteli istifadəyə veriləcək.

«Əmlak Bazarı İştirakçıları» İctimai Birliyindən «APA-Economics»ə verilən məlumata görə, «ISR Capital Investments» şirkəti tərəfindən yerinə yetirilən tikinti işləri 2011-ci ilin avqust ayında başa çatacaq və mehmanxana fəaliyyətə başlayacaq.

Beşulduzlu hotelin ümumi sahəsi 42 160 kv. metr təşkil edir. Hotelin binası 25 mərtəbədən ibarət olacaq və burada 308 nömrə olacağı planlaşdırılıb. Bundan başqa, hoteldə 550 avtomobil üçün bağlı dayanacaq, restoranlar, konsert və sərgi salonları, sağlamlıq, idman və fitnes mərkəzləri, hovuz və s. inşa olunacaq.

Maraqlısı odur ki, hotelin sonuncu mərtəbəsində 360 dərəcə fırlanan və bütün Bakı şəhərinin panoramını əhatə edən bar yerləşəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR