Aİ-nin xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycana səfər edəcək

Aİ-nin xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycana səfər edəcək
# 05 iyun 2023 19:58 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycana səfər edəcək.

Bu barədə APA-ya Aİ-nin Xüsusi Nümayəndəsinin ofisindən məlumat verilib.

"Aİ-nin Xüsusi Nümayəndəsi, cənab Klaarın bu həftə ərzində həm Ermənistana, həm də Azərbaycana səfərləri gözlənilir. Bakı üçün hələlik dəqiq tarix təsdiqlənməyib, lakin bu səfər həftə ərzində, İrəvan səfərindən sonra olacaq", - məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR