Akkan Suver: “Şuşa Bəyannaməsi bir sülh anlaşmasıdır”

Akkan Suver

© APA | Akkan Suver

# 15 iyun 2022 18:02 (UTC +04:00)

“Türkiyə və Azərbaycan, həmçinin, regional əməkdaşlıq baxımından Şuşa Bəyannaməsinin önəmi çox böyükdür. 44 günlük Vətən müharibəsində Türkiyə və Azərbaycan böyük əməkdaşlıq və “Bir millət – İki dövlət” şüarının ən gözəl örnəyini sərgiləmişdi”.

Bu barədə APA-nın İstanbul müxbirinə açıqlamasında “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver deyib.

O deyib ki, Qars sazişinin 100-cü ildönümündə imzalanan Şuşa Bəyannaməsi bir-birimizə olan bağlılıqdır:

“Şuşa Bəyannaməsi tarix və insanlıq qarşısında ortaq olan vacib əməkdaşlıq anlaşmasıdır. Bu Bəyannamə bir sülh anlaşmasıdır, Ermənistan doğru şəkildə hərəkət etsə, onun gələcəyi üçün fövqəladə önəm daşıyır”, - deyə o bildirib.

Onun sözlərinə görə, Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycan münasibətlərini sadəcə hərbi-texniki deyil, həm də sənaye, texnologiya, logistika, energetika və humanitar sahələrdə də dərinləşdirən anlaşmadır.

“Bu həm də sadəcə Türkiyə və Azərbaycanı əhatə etmir. Bəyannamə regional əməkdaşlıq niyyətini nümayiş etdirir. Belə ki, Şuşa Bəyannaməsi Türk dünyasının inkişafı, onun mirasının beynəlxalq səviyyədə tanınmasına da kömək edəcək. Şuşa Bəyannaməsi Türk dünyasında regional əməkdaşlıq və birliyin yeni yol xəritəsi olacaq”, - Suver vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR