Ayxan Hacızadə ABŞ-ın Ermənistandakı səfirinə cavab verib

Ayxan Hacızadə ABŞ-ın Ermənistandakı səfirinə cavab verib
# 10 mart 2023 16:36 (UTC +04:00)

Laçın yolu qanunsuz hərbi və iqtisadi məqsədlər üçün nəzərdə tutulmayıb.

APA xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Tvitterdə ABŞ-ın Ermənistandakı səfirinə cavabında bildirib.

Ayxan Hacızadə Azərbaycanın yolda maneəsiz hərəkətin təmin edilməsi mqəsədilə ixtiyarında olan bütün tədbirləri gördüyünü qeyd edib.

“Laçın yolu normal nəqliyyat üçün hər zaman açıq olub və qanunsuz hərbi və iqtisadi məqsədlər üçün nəzərdə tutulmayıb. Azərbaycan yolda maneəsiz hərəkəti təmin etmək üçün ixtiyarında olan bütün tədbirləri görür. Şəffaflıq və təhlükəsizlik üçün Azərbaycan və Ermənistan arasında sərhəd nəzarət məntəqəsinin olması mütləqdir”, - o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR