Azay Quliyev Gürcüstanın Bakı Parlament Platformasında yer almamasına münasibət bildirib

Azay Quliyev Gürcüstanın Bakı Parlament Platformasında yer almamasına münasibət bildirib
  • Clock-gray 14:37
  • calendar-gray 12 İyun 2019

"Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platformasının yaradılması zamanı bütün detalları, nüansları nəzərə aldıq".

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında bu gün təsis edilən Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platformasının qurucuları arasında Gürcüstan parlamentarilərinin yer almamasına münasibət bildirən ATƏT Parlament Assambleyasının vitse-prezidenti, millət vəkili, Bakı Parlament Platformasının koordinatoru Azay Quliyev deyib.

A. Quliyevin sözlərinə görə, Bakı Parlament Platformasının Təşkilat Komitəsi olaraq hələlik 3 ölkənin Platformanın qurucuları olması barədə qərara gəliblər: "Burada geosiyasi və regional məsələ nəzərə alındı. Amma heç şübhəsiz ki, Gürcüstan bizə tərəfdaş və dost ölkədir. Yenə də şübhə etmirəm ki, Gürcüstan yaxın aylarda bu Platformaya qoşulacaq. Bizim Gürcüstanın Platformaya qoşulması ilə bağlı heç bir problemimiz yoxdur. Çox böyük maraqla Gürcüstanın bu Platformaya qoşulmasını gözləyirik".

Qeyd edək ki, bu gün Bakıda ATƏT Parlament Assambleyasının dəstəyi ilə Azərbaycan, Türkiyə və Almaniya parlamentarilərinin iştirakı ilə Bakı Parlament Platforması yaradılıb. 

Ramiz Mikayıloğlu

Digər xəbərlər

Arxiv

date