Azərbaycan, Rusiya və Ermənistan XİN başçıları Düşənbədə görüşə bilər

Azərbaycan, Rusiya və  Ermənistan XİN başçıları Düşənbədə görüşə bilər
# 29 aprel 2022 15:52 (UTC +04:00)

Rusiya XİN başçısı Sergey Lavrov və onun erməni həmkarı Ararat Mirzoyan arasında telefon danışığı olub.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, onlar Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin mayın 13-də Tacikistan paytaxtı Düşənbədə mümkün görüşünü müzakirə ediblər.

Nazirlərin MDB XİN Başçıları Şurası çərçivəsində bir araya gələcəyi vurğulanıb.

Rusiya və Ermənistan XİN başçıları Nikol Paşinyanın son Moskva səfərini də müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR