Azərbaycan və  Kamboca diplomatik pasportlara malik şəxsləri viza tələbindən azad edir

Azərbaycan və  Kamboca diplomatik pasportlara malik şəxsləri viza tələbindən azad edir
# 20 sentyabr 2022 11:06 (UTC +04:00)

Azərbaycan və Kamboca qarşılıqlı olaraq diplomatik pasportlara malik şəxsləri viza tələbindən azad edir.

APA-nın xəbərinə görə, bu, “Azərbaycan Respublikası Hökuməti ilə Kamboca Krallığı Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Qanun layihəsi Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 23-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR