Paşha Bank
Bank Of Baku

Gürcüstan Azərbaycanla sərhədlərin delimitasiyası üzrə prosesləri sürətləndirmək barədə razılığa gəlib

Gürcüstan Azərbaycanla sərhədlərin delimitasiyası üzrə prosesləri sürətləndirmək barədə razılığa gəlib
# 30 oktyabr 2026 13:46 (UTC +04:00)

"Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı prosesləri sürətləndirmək barədə razılığa gəldik".

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu məsələ həm hökumətlərarası komissiyanın iclasında, həm də ikitərəfli görüş zamanı müzakirə olunub.

"Biz ümidvar olduğumuzu bildirdik ki, bu proses üzrə işlər çox sürətlə davam edəcək. Bildiyiniz kimi, bu məsələ ilə bağlı mövqeyimiz dəyişməz olaraq qalır. Biz irəliləyiş görməliyik. Bu, bizim Azərbaycana ünvanladığımız xahiş və müraciətdir və ona çox səmimi cavab aldıq. Azərbaycanlı dostlarımızla birlikdə indiyədək heç bir irəliləyişin əldə olunmadığı sahələrdə irəliləyişə nail olmağı hədəfləyirik", - o əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR