Ceyhun Bayramov Vətən müharibəsindən sonra regiondakı mövcud vəziyyəti Fələstin Prezidentinə çatdırıb

Ceyhun Bayramov Vətən müharibəsindən sonra regiondakı mövcud vəziyyəti Fələstin Prezidentinə çatdırıb
# 31 mart 2023 04:18 (UTC +04:00)

Ermənistan tərəfindən törədilmiş davamlı təxribatlar, üzərinə düşən öhdəliklərin yerinə yetirilməməsinin bölgədə Azərbaycanın sülh və quruculuq səylərinə maneə olur.

APA xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramovun Fələstin Prezidenti Mahmud Abbasla görüşündə bildirilib.

Nazir Ceyhun Bayramov, həmçinin 44 günlük Vətən müharibəsindən sonra regionda mövcud vəziyyət, post-münaqişə dövründə bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi, nəqliyyat və kommunikasiyaların açılması, 30 ilə yaxın işğal nəticəsində yurdlarından didərgin düşmüş məcburi köçkünlərin öz torpaqlarına ləyaqətli qayıdışının təmini istiqamətində Azərbaycan tərəfindən həyata keçirilən bərpa və quruculuq işləri barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR