Əmir Musa: Heydər Əliyevin Qafqazda iqtisadi inkişafa və sabitliyə töhfəsini yüksək qiymətləndirirəm

Əmir Musa: Heydər Əliyevin Qafqazda iqtisadi inkişafa və sabitliyə töhfəsini yüksək qiymətləndirirəm
# 12 mart 2023 10:57 (UTC +04:00)

“Prezident Heydər Əliyevin geniş bilik və təcrübəsindən, analiz qabiliyyətindən, Afrika, Yaxın Şərq regionlarında baş verənlərdən dərindən xəbərdar olmasından təsirlənmişdim”.

APA xəbər verir ki, bunu Heydər Əliyev Mərkəzində keçirilən "Heydər Əliyev 100: Həyatı və irsi" adlı tədbirdə Ərəb Liqasının keçmiş Baş katibi Əmir Musa deyib.

Əmir Musa qeyd edib ki, Heydər Əliyevin əməkdaşlığın genişlənməsinə, regional əlaqələrin inkişafına, Qafqazda iqtisadi inkişafa və sabitliyə töhfəsini yüksək qiymətləndirir.

O deyib ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etdi və müstəqil və suveren ölkə olaraq inkişaf edir.

"Mən bu ölkənin uğurlu gələcəyinə və inkişafına inanıram. Əminəm ki, bu yol davam edəcək", - Əmir Musa əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR