Bank Of Baku

Fərid Şəfiyev: Özbəkistan hər zaman Azərbaycanın yanında olub

Fərid Şəfiyev: Özbəkistan hər zaman Azərbaycanın yanında olub
# 14 iyun 2023 10:57 (UTC +04:00)

Bu gün Bakıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Özbəkistanın Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan-Özbəkistan münasibətləri və Özbəkistanda keçiriləcək növbədənkənar prezident seçkilərinə həsr olunmuş dəyirmi masa keçirilib.

APA xəbər verir ki, tədbirdə BMTM-nin İdarə Heyətinin sədri Fərid Şəfiyev, Özbəkistan xarici işlər nazirinin müavini Bobur Usmanov, bu ölkənin Azərbaycandakı səfiri Baxrom Aşrafaxanov və digər rəsmi şəxslər iştirak edib.

Açılış nitqi ilə çıxış edən Fərid Şəfiyev Azərbaycan-Özbəkistan münasibətlərinin yüksək səviyyədə olduğunu xüsusilə vurğulayıb: "Azərbaycan üçün Mərkəzi Asiya ölkələri hər zaman xarici siyasət sahəsində prioritetlər sırasındadır. Bir faktı deyim ki, ötən il Azərbaycan Prezidenti İlham Əliyev Mərkəzi Asiya ölkələrinə 3 dəfə səfər edib. Şübhəsiz ki, yüksək səviyyəli münasibətlərin qurulduğu və qorunub saxlanıldığı ölkələrdən biri Özbəkistandır. Özbəkistan hər zaman Azərbaycanın yanında olub və hazırda Azərbaycan-Ermənistan münasibətlərinin ədalətli formada normallaşmasına da dəstək verir”.

Fərid Şəfiyev Özbəkistanın Qarabağda məktəb tikintisini həyata keçirdiyini də xatırladıb.

“Azərbaycan və Özbəkistan arasında qarşılıqlı ticarət əlaqələrinin inkişafı gələcəyə böyük ümidlər verir. Ticarət dövriyyəsinin artırılması üçün hər iki ölkə tərəfindən lazımi addımlar atılır. Gələcək əməkdaşlığın inkişaf etdirilməsi üçün bir sıra istiqamətlər var. Bunlardan biri Çin - Mərkəzi Asiya - Qafqaz - Avropa marşrutudur və Özbəkistanla Azərbaycan bu layihənin aktiv iştirakçılarındandır. Şübhəsiz ki, təhlükəsizlik məsələsi də rol oynayır və ölkələrimiz bu sahədə də bir-biri ilə sıx əməkdaşlıq edir”, - o deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR