Gürcüstan səfiri İrandakı səfirliyimizə terror hücumu ilə bağlı başsağlığı verib

Zurab Pataradze

© APA | Zurab Pataradze

# 27 yanvar 2023 17:12 (UTC +04:00)

“Biz Azərbaycanın diplomatik missiyasına hücumu qətiyyətlə pisləyirik və bu çətin zamanda qardaş Azərbaycan xalqına dəstəyimizi bildiririk”.

APA xəbər verir ki, bu barədə Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze bildirib.

“Gürcüstanın Azərbaycan Respublikasındakı səfirliyi adından, Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə silahlı hücum nəticəsində səfirliyin əməkdaşının qətlə yetirilməsi ilə əlaqədar mərhumun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, hücum nəticəsində yaralananlara şəfa diləyirik”, – diplomat qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR