İranın yol və şəhərsalma naziri ilə Şahin Mustafayev arasında telefon danışığı olub

Şahin Mustafayev

© APA | Şahin Mustafayev

# 28 may 2022 15:45 (UTC +04:00)

İranın yol və şəhərsalma naziri Rüstəm Qasimi Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə telefon danışığı aparıb.

APA-nın Tehran bürosunun məlumatına görə, telefon danışığında regionda baş verən son hadisələr, iki tərəfli əlaqələrin inkişafı, xüsusilə Şahin Mustafayevin Tehrana son səfərində əldə olunan razılıqlar haqqında söhbət aparılıb.

Rüstəm Qasimi telefon danışığında həmçinin, Müstəqillik Günü münasibətilə Şahin Mustafayevi və Azərbaycan xalqını təbrik edib.

Tərəflər İran və Azərbaycanın dostluq və qardaşlığının əbədi olaraq qalacağınu vurğulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR