İsrail səfiri şəhid hərbçilərin ailələrinə başsağlığı verib

Corc Dik

© APA | Corc Dik

# 14 sentyabr 2022 15:31 (UTC +04:00)

İsrailin Azərbaycandakı səfiri Corc Dik Ermənistanın təxribatları nəticəsində şəhid olan hərbi qulluqçuların ailələrinə başsağlığı verib.

APA-nın xəbərinə görə, bu barədə İsrail səfirliyinin “Twitter” hesabındakı paylaşımda bildirilib.

Səfir yaralılara tezliklə sağalmalarını arzulayıb.

“Qoy Azərbaycan və Cənubi Qafqaz regionu ehtiyac duyduğu və layiq olduğu sülh, təhlükəsizlik və sabitliyə çatsın”, - səfir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR