Milli Məclis Fransa Senatının qətnaməsi ilə bağlı bəyanat qəbul edəcək - YENİLƏNİB

Milli Məclis

© APA | Milli Məclis

# 16 noyabr 2022 15:18 (UTC +04:00)

Milli Məclisdə Fransa Senatının qətnaməsi ilə bağlı bəyanatla əlaqədar komissiya yaradılıb.

APA-nın xəbərinə görə, komissiya spiker Sahibə Qafarovanın təklifi ilə yaradılıb.

Komissiyanın sədri Səməd Seyidov, Komissiyanın üzvləri Zahid Oruc, Asim Mollazadə, Sədaqət Vəliyeva, Ramin Məmmədov və Sabir Hacıyev olublar.

***

saat 15.03

“Təklif edirəm ki, Fransa Senatında qəbul edilən qətnamə ilə bağlı Milli Məclisin bəyanatını qəbul edək”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sahibə Qafarova bunun üçün parlamentin iclasının gündəliyinə dəyişiklik olunmasını təklif edib: “44 günlük müharibə dövründə və müharibədən sonra Fransa hökumətinin Azərbaycana qarşı beynəlxalq təşkilatlarda sənədlər qəbul etdirməyə çalışmasını çox yaxşı xatırlayırıq. Dünən Senatda qəbul edilən qətnamənin hər sətrində xalqımıza qarşı nifrət yağır. Heç bir mənəvi, hüquqi və siyasi haqqı olmadan Fransa Senatında qəbul edilən bu qətnamə göstərir ki, Fransa ilə Azərbaycan arasında münasibətlərə xələl gətirməyə, Avropa İttifaqı və Azərbaycan arasında münasibətlərə zərbə vurmağa hazırdırlar. Biz Fransanı Ermənistanı təcavüzkar yox, qurban kimi qələmə vermək cəhdlərindən əl çəkməyə çağırırıq. Biz məsələnin müzakirəsinə başlayırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR