NATO Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyir

NATO Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyir
# 19 iyul 2022 20:23 (UTC +04:00)

"NATO Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyir".

APA xəbər verir ki, bunu NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina bildirib.

"Bu gün NATO-nun baş qərargahında Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla yaxşı görüş oldu. Baş katib Stoltenberq Azərbaycan ilə tərəfdaşlığımızın əhəmiyyətini vurğuladı və gələcək əməkdaşlıq sahələrini müzakirə etdi", - Kolomina bildirib.

Xüsusi nümayəndə qeyd edib ki, Alyans Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyir.

"NATO həmçinin Bakının Avropaya enerji təchizatını artırmaq səylərini dəstəkləyir", - deyə xüsusi nümayəndə vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR