Orban: Azərbaycan Prezidenti Avropanın enerji mənbələrinin şaxələndirilməsinə kömək edir

Macarıstan Baş naziri Viktor Orban

© APA | Macarıstan Baş naziri Viktor Orban

# 11 noyabr 2022 10:50 (UTC +04:00)

Azərbaycan Prezidenti Avropanın enerji mənbələrinin şaxələndirilməsinə kömək edir.

APA xəbər verir ki bunu Macarıstanın Baş naziri Viktor Orban "Twitter"də bildirib.

"Türk dövlətləri Səmərqənddədir. Bizə müharibə və sanksiyalar əvəzinə sülh və əməkdaşlıq lazımdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya ilə Ukrayna arasında uğurlu vasitəçilik edən yeganə liderdir. Azərbaycan Prezidenti İlham Əliyev Avropanın enerji mənbələrinin şaxələndirilməsinə kömək edir. Onlara təşəkkür borcumuz var!", - Macarıstan hökumət başçısı qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR