Rusiya XİN Azərbaycanın Qarabağda lokal xarakterli antiterror əməliyyatına başlamasına münasibət bildirib

Rusiya XİN Azərbaycanın Qarabağda lokal xarakterli antiterror əməliyyatına başlamasına münasibət bildirib
# 19 sentyabr 2023 14:28 (UTC +04:00)

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanın Qarabağda lokal xarakterli antiterror əməliyyatına başlamasını elan etməsinə münasibət bildirib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə hazırda Azərbaycan tərəfi ilə təmasların getdiyini söyləyib.

“İkinci məqam isə, təmasların yekununda Rusiya XİN-in xətti ilə müvafiq bəyanat veriləcək. Xəbərdarlığa gəldikdə isə, biz Azərbaycan tərəfindən məlumat alırıq", o deyib.

Rusiya XİN sözçüsü Ermənistan və Azərbaycan arasında sülhə razılaşdırılmış və kağız üzərində olan yol xəritələrinin həyata keçirilməsi ilə nail olmağın mümkün olduğunu söyləyib: “Vəziyyəti həll etmək üçün nə etmək lazım olduğunu bilirik: razılaşmaları icra etmək və vəziyyəti təhrik etməməmək lazımdır””, deyə Zaxarova vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR