XİN rəhbəri: Laçın yolu üzərindən erməni hərbçilər qanunsuz şəkildə rotasiya olunurdu

XİN rəhbəri: Laçın yolu üzərindən erməni hərbçilər qanunsuz şəkildə rotasiya olunurdu
# 20 yanvar 2023 10:13 (UTC +04:00)

“Laçın yolu üzərindən erməni hərbçilər qanunsuz olaraq rotasiya olunurdu. Bu, əsas 4 qanun pozuntusu istiqamətlərindən biridir”.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, 2020-ci ilin noyabr ayında, sülhməramlılar müvəqqəti orada yerləşdirildiyi zaman Ermənistan öhdəlik götürüb ki, bütün hərbçilər ərazidən çıxarılmalıdır:

“Silah-sursat və minaların daşınması prosesi gedirdi. 2700-dən artıq 2021-ci il istehsalı Ermənistan minası haradan çıxdı?! 2022-ci ilin noyabr ayında Kəlbəcərdə mina partlayışında 8 nəfər azərbaycanlı bunun qurbanı oldu. Kəlbəcərə minalar hansı yolla gəlib?”

Aysel Şahmar

Firuzə Vahid

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR