ABŞ Konqresinin üzvü Tim Rayn Xocalı qətliamı ilə bağlı bəyanat verib

ABŞ Konqresinin üzvü Tim Rayn Xocalı qətliamı ilə bağlı bəyanat verib
  • Clock-gray 08:31
  • calendar-gray 03 Mart 2020

 

ABŞ Konqresinin nüfuzlu üzvlərindən biri Ohayo ştatını təmsil edən demokrat konqresmen Tim Rayn Xocalı qətliamı ilə bağlı bəyanat verib.

Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyindən APA-ya verilən məlumata görə, bəyanatda Xocalı qətliamı və bu dəhşətli faciənin qurbanları yad edilir. 

28 il əvvəl 1992-ci ilin fevral ayında Xocalının günahsız əhalisinə qarşı vəhşicəsinə törədilmiş qırğının insanları sarsıtmaqda davam etdiyi bildirilir.

Cənubi Qafqazda törədilmiş ən böyük qəddarlıqlardan biri kimi xarakterizə olunan Xocalı qətliamı üzrə ədalətin təmin olunmadığı və 150 mülki əhalinin hələ də aqibətinin bəlli olmadığı diqqətə çatdırılır. 

Beynəlxalq ictimaiyyəti insan hüquqlarına və demokratik öhdəliklərə hörmət etməyi tələb edən Konqres üzvü, Xocalıda baş verənləri yadda saxlamağın və qətliamı törədənlərin məsuliyyətə cəlb olunmasının vacibliyini vurğulayır. 

Konqres üzvünün bəyanatı ilə bu internet səhifəsində tanış ola bilərsiniz:

https://www.congress.gov/116/crec/2020/02/27/modified/CREC-2020-02-27-pt1-PgE224.htm 

 

apa-logo-mini

Digər xəbərlər