Aİ: Yeni seçilmiş parlamentlə sıx işləməyi səbirsizliklə gözləyirik

Aİ: Yeni seçilmiş parlamentlə sıx işləməyi səbirsizliklə gözləyirik
# 11 fevral 2020 13:19 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) Xarici Fəaliyyət Xidmətinin sözçüsü fevralın 9-da Azərbaycanda keçirilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı bəyanat yayıb.

APA-nın məlumatına görə, bəyanatda bildirilir ki, ATƏT/DTİHB Seçki Müşahidəsi Missiyası tərəfindən qeyd olunduğu kimi, Mərkəzi Seçki Komissiyası şəffaf fəaliyyət göstərmək üçün səylərini əsirgəməyib və beynəlxalq müşahidəçiləri qarşılayıb.

Sözçü bəyanatında qeyd edir ki, ATƏT/DTİHB-nin ilkin qiymətləndirməsinə görə, namizədlərin çox olmasına baxmayaraq, bəzi müxalifət partiyaları məhdudlaşdırıcı mühiti əsas gətirərək, seçkiləri boykot edib, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının təmin olunmaması bəzi şəxslərin iştirakına mane olub.

ATƏT/DTİHB-nin vurğuladığı kimi, bəzi dairələrdə seçki bülletenlərinin sayılmasında yol verilən pozuntular narahatlıq doğurur.

“Aİ bütün vətəndaşların mənafeyi naminə dialoqun davam etdirilməsini və Azərbaycan təsisatları ilə, o cümlədən yeni seçilmiş parlamentlə sıx işləməyi səbirsizliklə gözləyir”, - deyə bəyanatda vurğulanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR