Avropa Şurasının Baş katibi: "Müharibənin bitməsi ilə biz çox rahatladıq"

Avropa Şurasının Baş katibi: "Müharibənin bitməsi ilə biz çox rahatladıq"
  • Clock-gray 20:40
  • calendar-gray 25 Yanvar 2021

"Azərbaycan və Ermənistan arasında müharibə zamanı çoxlu hərbi və sivil itkilər oldu. Müharibənin bitməsi ilə biz çox rahatladıq. Biz bilirik ki, indi hazırda bundan sonra başqa prosedurlar var".

APA-nın Avropa bürosunun verdiyi xəbərə görə, bu sözləri Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç AŞPA-nın qış sessiyası zamanı çıxışında deyib.

Mariya Peyçinoviç-Buriç bildirib ki, o, konfliktin başlamasından etibarən hər iki tərəf ilə dialoq qurub.

"Biz görülə biləcək mümkün tədbirləri təqdim edib, sonra hər iki ölkəyə yenidən gedib Avropa Şurasının mandatı çərçivəsində tərəflərə necə kömək olunması barəsində müzakirələr aparmalıyıq. Növbəti həftələrdə bizi doğru istiqamətə yönəltməsi üçün bu barədə yol xəritəsi təqdim edəcəyik".

Aytən Abbaslı

Digər xəbərlər