Azərbaycan Prezidenti Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədrini təbrik edib

Azərbaycan Prezidenti Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədrini təbrik edib
# 23 noyabr 2019 15:40 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelko Komşiçə məktub ünvanlayıb.

APA-nın məlumatına görə, məktubda deyilir: “Hörmətli cənab Sədr.

Bosniya və Herseqovinanın milli bayramı münasibətilə Sizi və xalqınızı səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan Respublikası ilə Bosniya və Herseqovina arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, Bosniya və Herseqovinanın dost xalqına sülh və firavanlıq diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR