Azərbaycan və Gürcüstanın parlamentlərarası əməkdaşlığının dərinləşdirilməsi müzakirə edilib

Azərbaycan və Gürcüstanın parlamentlərarası əməkdaşlığının dərinləşdirilməsi müzakirə edilib
  • Clock-gray 12:33
  • calendar-gray 25 Dekabr 2020

Gürcüstan parlamentinin sədri Arçil Talakvadze Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevlə görüşüb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, görüş zamanı iki ölkə arasındakı tarixi dostluq və tərəfdaşlıq əlaqələri müzakirə olunub, parlamentlərarası əməkdaşlığın dərinləşdirilməsinə diqqət yetirilib. Görüş zamanı parlamentlərarası dostluq qrupları arasında sıx əlaqələrin vacibliyi vurğulanıb.

Tərəflər bölgədəki sülhün və təhlükəsizliyin vacibliyini qeyd ediblər.

Söhbət zamanı qlobal pandemiyanın yaratdığı çətinliklər müzakirə edilib və pandemiyanın bitməsindən sonra ticarət əlaqələrinin və turizm sektorunun sürətli şəkildə bərpasının hər iki ölkə üçün prioritet olduğu qeyd edilib.

Gürcüstan Parlamentinin sədri səfirə fəaliyyətində uğurlar arzu edib və əməkdaşlığa hazır olduğunu bildirib.

Səid Babazadə

Digər xəbərlər