Azərbaycan vətəndaşlarının 44%-i Aİ haqqında müsbət təsəvvürə malikdir - SORĞU

Azərbaycan vətəndaşlarının 44%-i Aİ haqqında müsbət təsəvvürə malikdir - SORĞU
# 17 iyun 2020 10:47 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən “Aİ-nin Şərq Qonşuları” (EU NEIGHBOURS east) layihəsi tərəfindən altı “Şərq Tərəfdaşlığı” (ŞT) ölkəsi - Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynada 2020-ci il üzrə ictimai rəy sorğusu həyata keçirilib.

APA-nın xəbərinə görə, sorğu 2020-ci ilin fevral və mart ayları arasında (COVID-19 böhranından əvvəl) keçirilib (yerli qaydada) və hər ölkədən 1000 nəfərdən ibarət seçilmiş respondentlərlə üz-üzə müsahibələrə əsaslanır.

İllik sorğular 2016-cı ildən keçirilir.

Burada Azərbaycanda keçirilən sorğunun əsas məqamları qeyd olunub.

Azərbaycan vətəndaşlarının 44%-i Aİ haqqında müsbət təsəvvürə malikdir. Bu rəqəm 2016-cı il ilə müqayisədə 17% artıb. Əhalinin cəmi 9%-i Aİ haqqında mənfi təsəvvürə malikdir.

Azərbaycanlıların 30%-i Aİ-nin ölkəsinə etdiyi maliyyə dəstəyindən xəbərdardır, onların 76%-i bu dəstəyin səmərəli olduğunu düşünür.

Aİ haqqında məlumatlı olan azərbaycanlıların 69%-i təşkilatla əlaqələrin yaxşı olduğunu düşünür.

Aİ ən çox etibar edilən xarici qurumdur və respondentlər arasında ona etibar edənlər 41% təşkil edir (2018-ci illə müqayisədə 13% yüksəlib).

Avrasiya İqtisadi Birliyinə isə respondentlərin cəmi 26%-i etibar edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR