Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Cocuq Mərcanlıdadırlar

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Cocuq Mərcanlıdadırlar
# 06 fevral 2021 11:11 (UTC +04:00)

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri işğaldan azad edilmiş Cocuq Mərcanlıdadırlar.

APA-nın səfəri müşayiət edən əməkdaşı xəbərinə görə, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatlara işğaldan azad edilmiş Cəbrayıl və Zəngilan rayonlarına səfər barədə ümumi məlumat verib, həmçinin Cocuq Mərcanlının qayıdış rəmzi olduğunu bildirib.

Qeyd olunub ki, səfər zamanı diplomatik korpusun nümayəndələri əvvəlcə Cəbrayılda dünyada tanınmış rəssam Reza Deqqətinin əsərlərindən sərgiyə tamaşa edəcəklər. Sərgidə Cəbrayılın işğaldan əvvəlki və sonrakı dövrlərini əhatə edən fotolar sərgilənəcək.

Daha sonra diplomatlar dağıdılmış qəbiristanlığa baş çəkəcək. Dağıdılmış mədəniyyət sarayının qalıqları arasında canlı skripka ifasına qulaq asdıqdan sonra “Çinar” çay evinin qalıqlarına baş çəkiləcək.

Diplomatlar həmçinin tarixi Xudafərin körpüsünə də baş çəkəcəklər.

Sonra diplomatlar Zəngilanın mərkəzində dağıdılmış şəhər məscidinə və digər dağıdılmış abidələrə tamaşa edəcək, Mincivan yaşayış məntəqəsinə baş çəkəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR