Azərbaycanın Vətən müharibəsinin şəhidləri Ankarada yad edilib

Azərbaycanın Vətən müharibəsinin şəhidləri Ankarada yad edilib
# 04 dekabr 2020 15:33 (UTC +04:00)

Bu gün Azərbaycan Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək məqsədilə keçirilən anım tədbiri Ankarada da qeyd olunub.

APA-nın yerli bürosunun xəbərinə görə, Azərbaycanın Türkiyədəki Səfirliyinin rəsmi “Twitter” hesabında bildirilib ki, Səfirliyin qarşısında yerli vaxtla saat 11:00-da (Bakı vaxtı ilə saat 12:00-da) Azərbaycan Vətən müharibəsi şəhidləri 1 dəqiqəlik sükutla yad edilib.

“Şəhidlərimizin əziz xatirəsini Səfirliyimizdə bir dəqiqəlik sükutla yad etdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlər ölməz, Vətən bölünməz”, - deyə qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR