Bolqarıstanın sabiq Prezidenti Azərbaycan Prezidentini təbrik edib

Bolqarıstanın sabiq Prezidenti Azərbaycan Prezidentini təbrik edib
# 24 dekabr 2020 16:07 (UTC +04:00)

Bolqarıstan Respublikasının sabiq Prezidenti Petar Stoyanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

APA xəbər verir ki, məktubda deyilir: “Zati-aliləri, əziz dostum.

Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır, Zati-alinizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə uğurlar və tərəqqi arzulayıram.

Cənab Prezident, yarandığı gündən etibarən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə, onun həmsədrlərinə, İdarə Heyətinin üzvlərinə, Baş katibinə və bizim komandaya göstərdiyiniz dəstəyə görə Sizə minnətdarlığımı bildirirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR