Bolqarıstanın sabiq prezidentləri Prezident İlham Əliyevi təbrik ediblər

Bolqarıstanın sabiq prezidentləri Prezident İlham Əliyevi təbrik ediblər
# 24 dekabr 2020 16:41 (UTC +04:00)

Bolqarıstan Respublikasının sabiq prezidentləri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvləri Petar Stoyanov və Rosen Plevneliev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik ediblər.

APA-nın məlumatına görə, Bolqarıstanın sabiq Prezidenti P. Stoyanov Prezident İlham Əliyevə təbriklərini çatdırıb, ona və ailəsinə cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə uğurlar və tərəqqi arzulayıb.

P. Stoyanov yarandığı gündən etibarən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə, onun həmsədrlərinə, İdarə Heyətinin üzvlərinə, Baş katibinə və Mərkəzin komandasına göstərdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Bolqarıstanın sabiq Prezidenti R. Plevneliev təbrik məktubunda qeyd edib ki, Azərbaycan Prezidentinin rəhbərliyilə Azərbaycan müasir, güclü, nüfuzlu və dinc ölkəyə, beynəlxalq ictimaiyyət üçün isə səmimi dost və etibarlı tərəfdaşa çevrilib: “Biz Nizami Gəncəvi Beynəlxalq Mərkəzində bu nailiyyətləri təbliğ etmək və dəstəkləməkdən böyük qürur hissi duyuruq. Doğum gününüz mübarək. Sizə, ailənizə və Azərbaycan xalqına cansağlığı, xoşbəxtlik və nikbinlik dolu gələcək arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR