Fərid Şəfiyev: “Ermənistanda bəzi şəxslər bəyan edir ki, ölkənin sülh üçün, əlaqələrin bərpası üçün yeni siyasətə ehtiyacı var”

Fərid Şəfiyev: “Ermənistanda bəzi şəxslər bəyan edir ki, ölkənin sülh üçün, əlaqələrin bərpası üçün yeni siyasətə ehtiyacı var”
# 17 dekabr 2020 21:56 (UTC +04:00)

"Qərb ekspertləri, diplomatları məsələyə geosiyasi nöqtədən baxırlar, onlar İran, Rusiya və Türkiyənin rolunu vurğulayırlar. Lakin düşünürəm ki, əsas məsələ Cənubi Qafqazda yaşayan xalqların, insanları taleyi, gələcəyidir".

APA-nın xəbərinə görə, bunu BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və ABŞ-ın Xəzər Siyasi Mərkəzinin (Caspian Policy Center-CPC) birgə təşkilatçılığı ilə “Azərbaycan-ABŞ münasibətləri: Seçkilər və II Qarabağ müharibəsindən sonrakı proseslər” adlı vebinarda çıxışında deyib.

"Cənubi Qafqazda son baş verənlər və hadisələrin bu yerə çatması niyə baş verdi?! Bu hər kəsə aydındır. 27 illik danışıqlar heç bir nəticə vermədi, Ermənistanın hazırkı rəhbərliyi danışıqlar əsasında dayanan "Madrid prinsipləri"ndən imtina etdi. İyul ayında Ermənistan tərəfi provokasiya törətdi. Hətta Ermənistanın əvvəlki prezidentləri belə bunun Ermənistan tərəfindən törədildiyini bildirmişdi. Bu provakasiya müxtəlif ölkələrin də sərmayə qoyduğu boru layihəsini, Azərbaycanın maliyyələşdirdiyi qatar xəttini ciddi risk altına qoydu. Bütün bunlar ikinci Qarabağ müharibəsinə gətirib çıxardı".

Fərid Şəfiyev emosiyaların hələ gərgin olduğunu, lakin məsələyə daha geniş və gələcək perspektivdən baxılmalı olduğunu deyib.

"Qərb ekspertləri, diplomatları məsələyə geosiyasi nöqtədən baxırlar, onlar İran, Rusiya və Türkiyənin rolunu vurğulayırlar. Lakin düşünürəm ki, əsas məsələ Cənubi Qafqazda yaşayan xalqların, insanların taleyi, gələcəyidir. Azərbaycanda insanlar öz torpaqlarına qovuşdu, lakin bu ötən 30 il ərzində tamamilə dağıdılıb və onlar hər şeyə yenidən başlamalıdır. Digər tərəfdə Ermənistan xalqı var, onları təhlükəsizlik məsələsi və ölkənin daxili siyasətində baş verənlər və ölkənin gələcəyi maraqlandırır. İndi mifologiyadan uzaqlaşmaq vaxtıdır.

Ermənistanın daxilində və diasporada olan bəzi şəxslər bəyan edir ki, ölkənin sülh üçün, əlaqələrin bərpası üçün yeni siyasətə ehtiyacı var", Fərid Şəfiyev deyib.

O bildirib ki, Rusiya və Türkiyəyə qarşı geosiyasi rəqabət müşahidə olunurdu. "Fransa bu məsələdə rol oynamaq istəyirdi. Lakin Fransa özünü günahlandırmalıdır, onun Fransadakı erməni lobbisindən ilhamlanan birtərəfli siyasəti bu ölkənin vasitəçi roluna olan inama xələl gətirdi".

ABŞ-ın Türkiyəyə tətbiq etdiyi sanksiyalara toxunan Fərid Şəfiyev deyib ki, bu təəssüfdoğrucu haldır. O, Türkiyənin NATO-nun müttəfiqi kimi Cənubi Qafqaz regionunda önəmli rol oynaya biləcəyini deyib.

İrs Fondu (Heritage Foundation) yanında Xarici Siyasət Araşdırmaları üzrə Allison Mərkəzinin direktoru Lyuk Koffi da vebinarda çıxış edib.

O bildirib ki, ABŞ-dan Azərbaycan ən yüksək müxtəlif səviyyələrdə səfərlər reallaşdırılmalıdır. Bu münasibətlərin gücləməsi üçün vacibdir.

"Diplomatik təmsilçiliyi təmin etmək lazımdır, bildiyiniz kimi, mən Gəncədə konsulluğun yaradılması ideyasını təklif etmişəm. Gəncə strateji, ticarət və iqtisadi baxımdan çox vacib şəhərdir. Yeni işğaldan azad olunmuş ərazilərə və Gürcüstana yaxın bir şəhərdə ABŞ-ın diplomatik təmsilçiliyi önəmlidir.

Yeni adminstrasiya Mərkəzi Asiya regionu ilə bağlı strategiyasında Azərbaycanı da masaya dəvət etməlidir. Bildiyiniz kimi, Mərkəzi Asiyaya yol Azərbaycandan keçir və buna görə də Mərkəzi Asiya ölkələri ilə münasibətlərimizdə Azərbaycanın rolunu da diqqətə almalıyıq", Lyuk Koffi deyib.

O bildirib ki, lobbiçilərin emosional çıxışları kifayət deyil və yeni administrasiya hərbi əməkdaşlığa yenidən baxmalıdır: "Əgər hərbi əməkdaşlıq ABŞ-ın marağındadırsa biz bu istiqamətdə işləməliyik".

Mərkəzin direktoru bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh münasibətlərinin qurulmasında ABŞ öndə olmalıdır: "Biz bu ölkələri bir araya gətirərək inadırmalıyıq ki, enerji, iqtisadiyyat və ticarət sahəsində əməkdaşlıq nəinki iki ölkəyə, bötüvlükdə regiona firavanlıq gətirə bilər".

Daha sonra Mərkəzi Asiya-Qafqaz İnstitutu və İpək Yolu Araşdırmaları Proqramı birgə mərkəzinin direktoru Svante Kornel, çıxış edib. O bildirib ki, bu gün kağız üzərində ABŞ və Azərbaycan arasında strateji əməkdaşlıq olduğu deyilir, lakin reallıqda məsələlər o qədər də yaxşı deyil. O bunun səbəblərinin müxtəlif olduğunu bildirib: "Bill Klintonun zamanında münasibətlər yaxşı idi, Qafqaz regionu ilə, Azərbaycanla bağlı strateji vizyon var idi, perspektivlər var idi, lakin bu perspektivlər sonradan itdi.

Obamam adminstrasiyasında müəyyən heyət var idi ki, onlar hətta Azərbaycana qarşı idilər, bu reallıqdır. Bu regiondan çıxmaq və buraya diqqət yetirməmək kimi təkliflər səslənirdi. İnsan haqqları sahəsində vəziyyət, bəzi qurumların provokativ hərəkətləri bütün bunlara səbəb olurdu".

Tədqiqatçı bildirib ki, Tramp adminstrasiyası da Azərbaycanla bağlı heç nə etməyib və iki ölkə arasında xüsusi yaxınlaşma olmayıb. "Bəziləri Con Boltonun cəhdlərini qeyd edə bilər, lakin bu nəticəsiz qaldı".

Svante Kornell Ermənistan və Azərbaycan arasındakı müharibəyə də toxunub: "Müharibə onu göstərdi ki, Azərbaycan kiçik ölkə deyil. O, artıq öz prioritetləri, balanslaşdırlmış siyasəti və nəticələr əldə edən orta ölkədir. ABŞ bunu nəzərə almalıdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR