Hikmət Hacıyev: “Sərhədə gəlmək, dövlət orqanlarının fəaliyyətinə maneə yaratmaq yolverilməzdir”

Hikmət Hacıyev: “Sərhədə gəlmək, dövlət orqanlarının fəaliyyətinə maneə yaratmaq yolverilməzdir”
# 13 may 2020 17:30 (UTC +04:00)

“Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlıq və dostluq münasibətləri var”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, vətəndaşların qarşılıqlı keçidi istiqamətində tədbirlər həyata keçirilir: “Rusiyadakı vətəndaşların quru və hava yolu ilə gəlməsi üçün xüsusi portal yaradılıb, bu portalda qeydiyyatdan keçmək vacibdir. Xaricdəki vətəndaşların ölkəyə gəlməsi ölkədəki karantin müəssisələrinin tutumu nəzərə alınaraq həyata keçirilir. Həftə ərzində 400-ə qədər vətəndaşımızın ölkəyə gətirilməsi mümkündür. Apreldə vətəndaşların gəlməsinin məhdudlaşdırılması ilə səhiyyə müəssisələri daha yaxşı konsentrasiya oldular”.

H. Hacıyev qeyd edib ki, bu günlərdə Rusiya vətəndaşlarının Azərbaycandan çıxması üçün xüsusi dəhliz yaradılır: “Biz kortəbiiliyə yol verə bilmərik. Portalda qeydiyyatdan keçmiş vətəndaşların xüsusi qrafiklə gətirilməsi təmin olunacaq. Sərhədə gəlmək, dövlət orqanlarının fəaliyyətinə maneə yaratmaq yolverilməzdir. Sonuncu dəfə 550 vətəndaşımızın ölkəyə gəlməsi zamanı mən də sərhəddə oldum, onlar şimal zonasındakı otellərdə yerləşdirildi. Gələn vətəndaşlar təbii ki, ilk növbədə qohumları ilə görüşməyə çalışır. Ancaq bu, xəstəliyə yoluxma ehtimalı ilə əlaqədar olaraq yolverilməzdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR