İƏT baş katibinin xüsusi nümayəndəsi: "Azərbaycanın ərazi bütövlüyünün bərpası yönündə mübarizəsinə hər zaman dəstək vermişik”

İƏT baş katibinin xüsusi nümayəndəsi: "Azərbaycanın ərazi bütövlüyünün bərpası yönündə mübarizəsinə hər zaman dəstək vermişik”
# 10 noyabr 2020 14:18 (UTC +04:00)

"Azərbaycanın öz ərazi bütövlüyünün bərpası yönündə mübarizəsinə İslam Əməkdaşlıq Təşkilatı hər zaman dəstək verib".

APA-nın məlumatına görə, bunu "Müasir dünyanın problemləri: nifrətə çağırış, terror, ekstremizm, islamafobiya və Ermənistanın Azərbaycana qarşı təcavüzü" mövzusunda beynəlxalq onlayn konfransda çıxış edən İslam Əməkdaşlığı Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Useyminin xüsusi nümayəndəsi Məğrub Səlim Bat bildirib. İƏT tərəfindən son dövrdə verilmiş bəyanatların məhz bu baxımdan önəmini xatırladan İƏT təmsilçisi Azərbaycan Respublikası ilə həmrəy olduğunu bildirib, İslam Əməkdaşlıq Təşkilatının və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamə və qərarlarını xatırladıb. İƏT təmsilçisi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb etdiyini, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipi əsasında iki ölkə arasındakı münaqişənin siyasi həllinə tərəfdar olduğunu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR