İƏT-in Baş Katibliyi Ermənistanın humanitar atəşkəs rejimini pozması nəticəsində şəhid olan azərbaycanlıların ailələrinə başsağlığı verib

İƏT-in Baş Katibliyi Ermənistanın humanitar atəşkəs rejimini pozması nəticəsində şəhid olan azərbaycanlıların ailələrinə başsağlığı verib
# 15 oktyabr 2020 08:40 (UTC +04:00)

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi Ermənistan Respublikasının silahlı qüvvələrinin oktyabrın 10-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında əldə olunmuş humanitar atəşkəs razılaşmasını pozması və bunun nəticəsində bir çox mülki şəxsin həlak olması və yaralanması ilə bağlı narahatlığını ifadə edib.

APA-nın məlumatına görə, Baş Katiblik Azərbaycan Respublikası ilə həmrəy olduğunu bir daha vurğulayaraq, İƏT-in qətnamə və qərarlarını, həmçinin (BMT) Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrini xatırladıb, iki ölkə arasında münaqişənin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında siyasi yolla həllinə çağırıb.

İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi şəhid olan azərbaycanlı qurbanların ailələrinə, Azərbaycan Respublikasının hökumətinə və xalqına dərin hüznlə başsağlığı verib, yaralananların tezliklə sağalmalarını arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR