İran səfiri: "Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bizim üçün önəmlidir"

İran səfiri: "Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bizim üçün önəmlidir"
# 15 sentyabr 2020 16:17 (UTC +04:00)

"İranın torpaqları bir müddətllik işğal altında qalıb. Heç bir qeyrətli xalq işğalı qəbul etmir. İşğal və işğalçılıq İran üçün qırmızı xəttdir. İranın özəl və ya dövlət şirkəti Ermənistana səfər etsə belə, onların Dağlıq Qarabağa səfər etmə haqqı yoxdur. Bunu hamı bilir".

APA-nın xəbərinə görə, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi mətbuat konfransında deyib.

Səfir sosial mediada yayılan xəbərlərə ehtiyatla yanaşmağı məsləhət görüb: "İranlı biznesmenlərin Ermənistanla münasibətləri ola bilər, lakin onlar bilirlər ki, Dağlıq Qarabağla heç bir əlaqə ola bilməz.

Bizim üçün Azərbaycanın ərazi bütövlüyü və suverenliyi önəmlidir. Azərbaycanın tam haqqıdır ki, öz torpaqlarını sülh yolu ilə beynəlxalq hüquq çərçivəsində azad etsin. İran dəfələrlə bəyan edib ki, sülh yolu ilə münaqişənin həllinə vasitəçilik etməyə hazırdır.

Regionun münaqişələri çəkməyə taqəti yoxdur və belə münaqişələrlə regionumuz üzləşməməlidir. Amma Dağlıq Qarabağ münaqişəsi elə həll olunmalıdır ki, Azərbaycan öz haqqı çatanı ala bilsin".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR