Nazir BƏƏ-nin COVID-19-la mübarizədə Azərbaycana yardımını yüksək qiymətləndirib

Nazir BƏƏ-nin COVID-19-la mübarizədə Azərbaycana yardımını yüksək qiymətləndirib
  • Clock-gray 15:39
  • calendar-gray 24 İyun 2020

Bu gün Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Şeyx Abdullah Bin Zayed Əl Nəhyanla telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirlər ikitərəfli dostluq və əməkdaşlıq əlaqələri, həmçinin ölkələr arasında müxtəlif sahələrdə münasibətlərin gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Nazirlər qlobal pandemiya ilə bağlı son vəziyyət və iki ölkə tərəfindən COVID-19 epidemiyasının təsirini yumşaltmaq üçün görülən tədbirlərə dair məlumat mübadiləsi aparıblar.

Tərəflər yeni növ koronavirus ilə mübarizə üçün qarşılıqlı dəstəyin və beynəlxalq həmrəyliyin vacibliyini bir daha qeyd ediblər.

E. Məmmədyarov BƏƏ-nin COVID-19-la mübarizə üzrə Azərbaycana verdiyi yardımı yüksək qiymətləndirib.

Hər iki nazir müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsi barədə razılığa gəliblər.

apa-logo-mini

Digər xəbərlər